Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2023-cü ilin fevral ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, fevralın 2-də Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul keçirdi. Səyyar qəbul - görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla birgə, Xocalı rayon prokuroru Əvəz Əliyev, Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov və sakinlər iştirak etdilər. Ümumi məsələlərdə qəsəbədə yerləşən mərasim zalına pərdə alınmasına maddi köməklik üçün müraciət olundu. Sonra problemi olan sakinlər fərdi şəkildə qəbul edildi. Fərdi müraciətlər əsasən, iş və mənzillə təminolunma, səhiyyə xərcləri və digər məsələlər barədə oldu. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərdən həlli mümkün olan məsələlərin yerində həll olunmasına göstəriş verdi, digər məsələlər isə nəzarətə götürüldü.